Millətlər Liqasında mükafatçılar müəyyənləşir
Bu gün UEFA Millətlər Liqasının mükafatçıları məlum olacaq.
Sportline.az xəbər verir ki, əvəlcə üçüncü yer uğrunda görüşdə Almaniya və Fransa komandaları üz-üzə gələcək.
Ştutqart şəhərində keçiriləcək qarşılaşma 17:00-da başlanacaq.
Final matçında isə Portuqaliya və İspaniya milliləri münasibətləri aydınlaşdıracaqlar.
Münhendə təşkil olunacaq görüşün start fiti saat 23:00-da səslənəcək.