Milli komanda Latviyaya yollandı

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşü üçün bu gün Latviyaya yola düşüb.

Sportline.az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti yayıb.

Seçmə sabah Bakı vaxtı ilə saat 19:30-da matçın keçiriləcəyi “Skonto” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, iyunun 7-də reallaşacaq Latviya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.