Milli Monteneqro ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama görüşünü keçirəcək.

Sportine.az xəbər verir ki, komandamız Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Oyun saat 20:00-da başlanacaq.

Qeyd edək ki, U-21 iyunun 4-də Baranoviçi şəhərində Belarusla oyundan 1-3 hesablı məğlubiyyətlə ayrılıb.