Millimiz rəqiblərini bu arenada qəbul edəcək

Futzal üzrə milli komandamızın Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi ilk iki oyunun vaxtı və məkanı müəyyənləşib.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli ilk matçını yanvarın 29-da Bakı İdman Sarayında Slovakiya seçməsinə qarşı keçirəcək.

Görüş saat 18:00-da başlanacaq.

Komanda fevralın 2-də Yunanıstanın qonağı olacaq.

Paytaxt Afinada “Daiss Sports Hall”dakı oyun saat 20:00-da start götürəcək.