Millimizin futbolçusuna yarım milyonluq təklif

Azərbaycan millisinin üzvü - Dəniz Yılmaz "Malatyaspor"un hədəfindədir. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqaya yenicə vəsiqə qazanmış komanda hücumçunun xidmətində maraqlıdır.

Artıq Malatya təmsilçisi "Bursaspor"a rəsmi təklif ünvanlayıb. D.Yılmaza görə "timsahlar"a yarım milyon avro təklif edilib.