Millimizin "Qalatasaray"dakı üzvü yeni komandada

Azərbaycan millisinin müqavilə ilə "Qalatasaray"a məxsus olan futbolçusu Mutlu Aksu Doğanın yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Karakörpü Bələdiyyəspor"a icarəyə verilib. O, mövsümün sonunadək 3-cü liqa klubunda çıxış edəcək.

Qeyd edək ki, əslən azərbaycanlı olan gənc oyunçu 2016-cı ildə Azərbaycanın U-17 yığmasına dəvət edilib və 1 qol vurub. O, "Qalatasaray"ın U-19 və U-21 komandalarında, eləcə də "Kocaelispor"da çıxış edib. Mutlu Aksu Doğan ötən mövsüm Türkiyə Kubokunda iki oyunun iştirakçısı olub.