Millimizin üzvü "Altınordu"da

Türkiyə "Boluspor"undan ayrılan Azərbaycan millisinin futbolçusu Ufuk Budakın yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 29 yaşlı sol cinah müdafiəçisi qonşu ölkənin I Liqa komandası "Altınordu"ya keçib. İzmir təmsilçisi Budakla bir illik müqavilə imzalayıb.

Təcrübəli oyunçu klubun rəsmi saytına açıqlamasında belə bir kollektivə gəldiyi üçün özünü şanslı hesab etdiyini deyib. Müdafiəçi "Altınordu" forması ilə Superliqaya yüksəlmək istədiyini də vurğulayıb.

Qeyd edək ki, Ufuk Budak bunadək Türkiyədə “Samsunspor”, “Manisaspor”, “Kayserispor” və “Qaziantep BB” klublarında da çıxış edib.