Millimizin üzvü finalda uduzdu

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 63 kq çəkid dərəcəsində mübarizə aparan idmançımız həlledici mərhələdə Rusiya təmsilçisi Cambolat Lokyayevlə üz-üzə gəlib. Rəqibinə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) isə bürünc medal uğrunda Dmitri Pışkovla (Ukrayna) güləşəcək