Millini çalışdırmaq niyyətində deyil
Xosep Qvardyolanın İspaniya millisini çalışdıracağı ilə bağlı xəbərlər təsdiqini tapmır.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis bununla bağlı sualları mənfi reaksiya ilə qarşılayıb.
"İspaniya millisində çalışmaq niyyətində deyiləm. Bütün diqqətim "Mançester Siti"dədir. Bu komandada özümü çox xoşbəxt hiss edirəm", - deyə Qvardyola məsələyə münasibətini bildirib.
O, həmçinin klubla bir illik müqaviləsi olduğunu və onu qovmasalar karyerasını Mançesterdə davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Xosep 2016-cı ildən "Mançester Siti"nin uğurları üçün çalışır.