Millinin Avropa çempionatı üçün heyəti

Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatı üçün Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin heyəti açıqlanıb.

Sportline.az saytına AGF-dən verilə məlumata görə, yarışda komandanın 9 üzvü iştirak edəcək.

Heyətdə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Elmir Əliyev (55 kq), Nihat Məmmədli (60 kq), Qurban Qurbanov (63 kq), Həsrət Cəfərov (67 kq), Xasay Həsənli (72 kq), Elcan Məmmədov (77 kq), Murad Əhmədiyev (82 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb.

Sabah bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. İyunun 2-də 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. Ertəsi gün isə 60, 67, 72, 82 və 97 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.