Futbolçu qəddarcasına döyülüb

İspaniyanın gənclərdən ibarət "Xuventud Deportivo Bormuxos" və "Esportivo Yunion Vilverde" komandalarının oyunun sonlarında dava düşüb.

Sportline.az Mundo Deportivo nəşrinə istinadla xəbər verir ki, nəticədə 17 yaşlı futbolçu ağır xəsarət alıb.

Huşunu itirən futbolçunun adı açıqlanmır.

Yetkinlik yaşına çatmayan oyunçu qarşılaşmadan sonra paltardəyişmə otağına yollanarkən rəqib komandanın futbolçularının hücumuna məruz qalıb.

Ciddi xəsarət alan futbolçu dərhal xəstaxanaya çatdırılıb.