Millinin heyəti açıqlandı

İyunun 28-də Almaniyanın Dortmund şəhərində start götürəcək Avropa çempionatı üçün Azərbaycanın sərbəst güləş millisinin heyəti açıqlanıb.

AGF-dən Sportline.az saytına verilən məlumata görə, 6 gün davam edəcək turnirdə seçmənin 10 üzvü iştirak edəcək.

Komandada böyük məşqçisi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Murad Haqverdiyev (57 kq), Kənan Heybətov (61 kq), Sabir Cəfərov (65 kq), Turan Bayramov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fuad Mayılov (86 kq), Abdulcəlil Şabanov (92 kq), Zəfər Əliyev (97 kq) və Aydın Əhmədov (125 kq) yer alıb.

Yarışın proqramına əsasən, sabah sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Ertəsi gün – ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. İkinci yarış günündə isə 61, 74, 86, 92 və 125 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim İntiqam Alıyev Avropa çempionatında ədaləti qoruyacaq.