Millinin heyətində dəyişiklik edilib

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”nin futbolçusu Həsən Mahmudov zədə səbəbindən komandadan kənarda qalıb.

Onun əvəzinə “Qəbələ”nin oyunçusu Ömər Kərimov düşərgəyə qoşulub.

Qeyd edək ki, U-19-un Qəbələdə təlim-məşq toplanışı iyunun 11-dək davam edəcək.