Millinin keçmiş üzvü Türkiyəyə getdi

"Lill"dən ayrılan Fransa millisinin keçmiş üzvü Loik Remi karyerasını Türkiyədə davam etdirəcək.

Sportline.az xəbər verir ki, 33 yaşlı hücumçu Super Liqa təmsilçisi "Çaykur Rizəspor"a keçib. Remi ilə 2 illik müqavilə imzalanıb.

Fransalı forvard "Lion", "Nitsa", "Marsel", KPR, "Nyukasl", "Çelsi", "Kristal Pelas", "Las Palmas" və "Xetafe" klublarında çıxış edib. Remi ötən mövsüm 20 oyunda 7 qol vurub.