Mitoma Almaniya nəhənginə transfer olmaq niyyətindədir

"Brayton"un yaponiyalı futbolçusu Kaoru Mitoma "Bavariya" klubuna transfer olmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.

Münhen klubu Mitomanın meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, 28 yaşlı futbolçunun "Brayton"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.