Mitoma Avropa nəhənglərinin transfer hədəfinə çevrilib

"Brayton"un yaponiyalı futbolçusu Kaoru Mitoma Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.

Sportline.az "Sky Germany" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Bavariya" Mitomanı transfer etmək istəyən klubların siyahısında yer alır.

28 yaşlı futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Mitoma bu mövsüm meydana çıxdığı 41 matçda 11 qol 4 asistlə yadda qalıb.