Mitoma London klubuna keçə bilər
"Brayton"un yaponiyalı futbolçusu Kaoru Mitoma karyerasını "Arsenal"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
28 yaşlı futbolçu üçün "Arsenal" 50 milyon avronu gözdən çıxarıb.
Qeyd edək ki, Mitoma bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 11 qol 4 asistlə yadda qalıb.