Mitroviç İngiltərəyə qayıda bilər

"Əl-Hilal"ın serbiyalı forvardı Aleksander Mitroviç karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Talk Sport" nəşrinə istinadən xəbər verir ki, "Everton", "Mançester Yunayted" və "Vest Hem" Mitroviçi transfer etmək istəyən klubların siyahısında yer alır.

30 yaşlı futbolçunun "Əl-Hilal" klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, A.Mitroviç ötən mövsüm meydana çıxdığı 36 matçda 28 qol 7 məhsuldar ötürmə müəllifi olub.