Mitroviç İstanbul nəhənginin radarına düşüb
"Fənərbağça" "Əl-Hilal"ın serbiyalı hücumçusu Aleksander Mitroviçlə yaxından maraqlanır.
Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, "Fənərbağça" bu keçid üçün qarşı tərəfə 15 milyon avro təklif edib.
Lakin "Əl-Hilal"ın rəhbərliyi Mitroviç üçün 20 milyon avro tələb edir.
Qeyd edək ki, 30 yaşlı futbolçu ötən mövsüm meydana çıxdığı 36 matçda 28 qol 7 məhsuldar ötürmə müəllifi olub.