Modriç "Real Madrid"dən ayrılmaq istəmir

Xorvatiya millisinin futbolçusu Luka Modriç klubu "Real Madrid"dən ayrılmaq istəmir. 

Sportline.az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb. 

Xəbərə görə, bu ilin may ayında sözləşmə müddəti bir illiyinə uzadılan Modriç 2022-ci ili Madriddə keçirmək niyyətindədir. Buna səbəb onun Qətərdə keçiriləcək dünya çempionatında iştirak etmək arzusudur. 

Tərəflər arasında hələ ki, danışıqlar başlamayıb. Ancaq onlar razılığa gələ bilməsələr, Modriç ABŞ, Qətər və ya digər ispan klublarında çıxış etmək üçün variant axtaracaq. 

Qeyd edək ki, 36 yaşlı yarımmüdafiəçi 2012-ci ildən "Real Madrid"də çıxış edir. 251 oyunda meydana çıxan Modriç 18 dəfə fərqlənib.