Morqan Gibbs Vayt "Nottingem"i tərk edə bilər

"Nottingem Forest"in ingiltərəli futbolçusu Morqan Gibbs-Vayt yayda klubu tərk edə bilər.

Sportline.az jurnalist Aleks Krookun məlumatına istinadən xəbər verir ki, "Mançester Siti" Morqanla yaxından maraqlanır.

Bu keçid üçün "şəhərlilər" qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Morqan Gibbs Vayt ötən mövsüm meydana çıxdığı 38 matçda 7 qol 10 asistlə yadda qalıb.