Morqan Rocersin yeni dayanacağı London olacaq
"Aston Villa"nın futbolçusu Morqan Rocers yayda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, BBC jurnalisti Sami Mokbelin məlumatına görə, "Arsenal" Morqan Rocerslə ciddi şəkildə maraqlanır.
Klub daxilində 22 yaşlı futbolçunun heyətə necə uyğunlaşacağı ilə bağlı müzakirələr aparılır. Xüsusilə də, komandanın artıq “10 nömrə” mövqeyində bir neçə seçimə sahib olması bu məsələdə diqqət mərkəzindədir.
Bildirilir ki, Rocers “Arsenal”ın qısa siyahısında yer alan əsas namizədlərdən biridir.
“Bornmut”un gənc hücumçusu Eli Junior Krupi və Madrid “Atletiko”sunun argentinalı ulduzu Xulian Alvares də eyni siyahıya daxildir. Rocers və Krupinin transfer dəyərinin 80 milyon funt sterlinqdən (təxminən 92 milyon avro) artıq olacağı gözlənilir.
Alvaresin isə daha yüksək məbləğə qiymətləndirildiyi vurğulanır.