Mourinyo milli komandanı çalışdıra bilər
"Fənərbağça"dan ayrılacağı gözlənilən Joze Mourinyo Portuqaliya millisini çalışdıra bilər.
Sportline.az xəbər verir ki, bu haqda "HT Spor" məlumat yayıb.
Mənbə 62 yaşlı mütəxəssisin Portuqaliya Futbol Federasiyası ilə ilkin anlaşma imzaladığını bildirir.
Məsələnin iyun ayında rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, ayrı-ayrı klublarla müxtəlif titullar qazanmış Mourinyo, indiyədək milli komandanın baş məşqçisi olmayıb.