Mourinyo Qvardiolu istəyir
“Real Madrid” “Mançester Siti”də çıxış edən Yoşko Qvardiolu transfer etməkdə maraqlıdır.
Sportline.az xəbər verir ki, “Real Madrid” rəhbərliyi müdafiə xəttinə yeni futbolçu cəlb etmək variantını nəzərdən keçirir. Bildirilir ki, komandanın yeni baş məşqçisi Joze Mourinyo Yoşko Qvardiolun transferini istəyib.
İnsayder Alberto Pereyranın məlumatına görə, “Real Madrid”in prezidenti Florentino Peres xorvatiyalı müdafiəçinin transferi ilə bağlı müsbət mövqe sərgiləyib. Bu səbəbdən Madrid təmsilçisinin futbolçunun keçidini reallaşdırmaq üçün hərəkətə keçəcəyi qeyd olunur.