Mourinyonun şok təyinatı gözlənilir

"Roma"nın baş məşqçisi Joze Mourinyonun şok təyinatı ilə bağlı məlumatlar yayılmağa başlayıb.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssis Madrid "Real"ının baş məşqçi postuna namizəddir.

Mənbənin məlumatına əsasən, o, gələn il Madridi tərk edəcək Karlo Ançelottini əvəzləyə bilər.

Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə "Real"ın baş məşqçisi olub.