Muslera daha 2 il

"Qalatasaray" qapıçısı Fernando Muslera ilə yeni müqavilə bağlayacaq.

Sportline.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Abdurrahim Albayrak məlumat verib. O bildirib ki, 34 yaşlı qapıçı ilə daha iki illik müqavilə imzalanacaq.

Albayrak zədə səbəbindən ən azı 6 ay yaşıl meydanlardan kənar qalacaq qapıçının maaşlarını almağa davam edəcəyini söyləyib.

Uruqvaylı qapıçı Türkiyə Super Liqasının 27-ci turunda "Rizəspor"la matçda zədələnib. Onun ayağında iki qırıq aşkarlanıb.

Təcrübəli qapıçı 2011-ci ildə "Latsio"dan "Qalatasaray"a keçib.