Fernando Musleranın zədəsi ciddidir
“Qalatasaray” ciddi itki ilə üzləşib.
Sportline.az xəbər verir ki, Türkiyə Superliqasının 27-ci turunda “Rizəspor”un qonağı olan İstanbul klubunun qapışısı Fernando Muslera sıradan çıxıb.
Uruqvay millisinin üzvü matçın 15-ci dəqiqəsində rəqib hücumçu Milan Şkoda ilə toqquşma zamanı xəsarət alıb.
Tibbi personalın köməyi ilə meydanı tərk edən təcrübəli qapıçı xəstaxanaya aparılıb.
Ətraflı müayinələrdən sonra Musleranın sağ ayağında iki yerdə sınıq aşkarlanıb. 33 yaşlı qolkiperin təxminən 6 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.