Namik Ələskərov “Sabah”dan ayrılıb

“Sabah” futbolçusu Namik Ələskərovla yollarını ayırıb.

Klubdan Sportline.az-a verilən məlumata görə, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, o, 2022-ci ildən “bayquşları”ın uğurları üçün çalışıb. N.Ələsgərov paytaxt təmsilçisinin heyətində 83 oyun (7 qol) keçirib.

30 yaşlı oyunçu “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.