Namiq Əliyev: "Lisenziyaların azlığının obyektiv və subyektiv səbəbləri var"
"Tokio-2020 Yay Olimpiya Oyunlarına adlı-sanlı güləşçilərimiz lisenziya qazanıb. Onların hər birinin medalla qayıdacağına inanıram. Medalın əyarını deyə bilmərəm".
Sportline.az xəbər verir ki, bu fikri Azərbaycan Güləş Federasiyasının prezidenti əvəzi Namiq Əliyev səsləndirib.
Onun sözlərinə görə, olimpiya lisenziyalarının azlığının obyektiv və subyektiv səbəbləri var: "Burada pandemiya amili də var. Ölkə daxilində yarış keçirə bilmədik. 2-3 lisenziyanı təsadüf nəticəsində itirdik. Daha yaxşı ola bilərdi. Psixoloji durum da önəmlidir. Olimpiada ilə bağlı o qədər təlimatlar çıxır ki, onlar da gərginliyə düşür. Hamı olimpiadaya normal psixoloji durumda getmək istəyir".