"Napoli" Angissanın transfer qiymətini açıqlayıb

"Napoli" kamerunlu futbolçusu Andre Frank Zambo Angissanın transfer qiymətini açıqlayıb.

Sportline.az jurnalist Orazio Akkomandonun məlumatına istinadən xəbər verir ki, İtaliya çempionu Angissa üçün 30 milyon avro tələb edir.

"Fənərbağça" və "Beşiktaş" 29 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Qeyd edək ki, Angissa 2022-ci ildən "Napoli"də çıxış edir.