"Napoli" "Beşiktaş"ın təklifini qəbul etməyib

"Beşiktaş" "Napoli"nin kamerunlu futbolçusu Andre Zambo Angissa üçün rəsmi təklif göndərib.

Sportline.az xəbər verir ki, İtaliya klubu "Beşiktaş"ın təklifini qəbul etməyib.

Bu haqda insayder Yağız Sabuncuoğlu öz "X" hesabında paylaşım edib.

Qeyd edək ki, Angissanın dəyəri 25 milyon avrodur.

Onun klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.