"Napoli" kanadalı futbolçunu heyətinə qatacaq
"Napoli" "Lill"in kanadalı futbolçusu Conatan Deyvidi heyətinə qatmaq niyyətindədir.
Sportline.az "Goal İtalia" nəşrinə istinadən xəbər verir ki, İtaliya klubu Deyvidi azad agent kimi transfer etmək istəyir.
25 yaşlı hücumçu "Lill"lə yeni müqavilə imzalamaq niyyətində deyil.
Qeyd edək ki, Conatan Deyvidin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avro olaraq qiymətləndirilir.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 48 matçda 25 qol 12 məhsuldar ötürmə müəllifi olub.