"Napoli" kanadalı futbolçunun xidmətində maraqlıdır

"Lill"in kanalı futbolçusu Conatan Deyvid azad agent kimi "Napoli" klubuna transfer ola bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Corriere dello Sport" nəşri məlumat yayıb.

25 yaşlı forvard Fransa klubu ilə yeni müqavilə imzalamaq niyyətində deyil.

Qeyd edək ki, Deyvid bu mövsüm çıxış etdiyi 49 matçda rəqib qapılarından 25 top keçirib.