“Napoli” “Liverpul”a elçi düşüb

"Liverpul"un uruqvaylı futbolçusu Darvin Nunyes karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "Calciomercato"ya istinadən xəbər verir ki, "Napoli" D.Nunyesi heyətinə qatmaq üçün hərəkətə keçib.

25 yaşlı forvardın hazırkı dəyəri "Transfermarkt" portalına görə, 50 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Darvin Nunyes bu mövsüm çıxış etdiyi 45 matçda 7 qol 7 asistlə yadda qalıb.