"Napoli" "Liverpul"un forvardına göz qoydu

"Napoli" yay transfer pəncərəsi dövründə heyətinə hücumçu transfer etmək istəyir.

Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Liverpul"un uruqvaylı forvardı Darvin Nunyes "Napoli"nin transfer hədəfinə çevrilib.

25 yaşlı futbolçunun Mersisayd klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Darvin Nunyes bu mövsüm çıxış etdiyi 44 matçda 7 qol 7 məhsuldar ötürmə müəllifi olub.