"Napoli"dən Qriliş həmləsi

"Napoli" "Mançester Siti"nin ingiltərəli futbolçusu Cek Qrilişi heyətinə qatmağı planlaşdırır.

Sportline.az jurnalist Matt Lovun məlumatına istinadən xəbər verir ki, İtaliya klubu 29 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb.

Baş məşqçisi Antonie Konte oyunçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Qrilişin transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.

O, ötən mövsümü 32 matçda 3 qol 5 məhsuldar ötürmə ilə tamamlayıb.

Xatırladaq ki, Cek Qriliş "Mançester Siti"yə "Aston Villa"dan 117.5 milyon avro qarşılığında transfer olunmuşdu.