"Napoli"nin Zirkze israrı davam edir

"Napoli" "Mançester Yunayted"in niderlandlı futbolçusu Coşua Zirkzeni transfer etməkdə israrlıdır.

Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya çempionu 24 yaşlı futbolçuya görə 40 milyon avro ödəməyə hazırdır.

Lakin İngiltərə klubu Zirkze üçün 50 milyon avro tələb edir.

Onun klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Zirkze "Mançester Yunayted"ə 2024-cü ilin yayında "Bolonya"dan 42.5 milyon avro qarşılığında transfer olunmuşdu.