NBA-da günün nəticələri
Amerika Milli Basketbol Assosiasiyasının Müntəzəm çempionatı davam edir.
Sportline.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma olub. Maraqlı görüşlərdən birində San Antonio Spörs Bruklin Netslə üz-üzə gəlib. Gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçən oyuna qonaqlar daha fəal başlayıblar. İlk hissədən iddiasını büruzə verən bruklinlilər böyük fasiləyə üstün yollanıblar - 57:54. Ruhdan düşməyən San Antonio Spörz 3-cü və 4-cü hissədəki əzmkarlıq sayəsində hesabı bərabərləşdirməyi bacarıb - 108:108. Qalibi müəyyənləşdirmək üçün əlavə olunan vaxtda isə, yenidən təşəbbüsə yiyələnən Bruklin Nets pərəstişkarlarını sevindirib - 124:113.
Günün digər oyunlarında Dallas Orlandoya 130-124, Filadelfiya İndianaya 130-114, Denver Çikaqoya 118-112, Nyu Orlean Yutaya 129-124, Klivlend Hyustona 101-90, Portlend Şarlotta 123-11 hesabı ilə qalib gəlib.