NBA-nın çempionu məlumdur

Milli Basketbol Assosisiyasında 2019/2020 mövsümünün qalibi məlumdur.

Sportline.az xəbər verir ki, final seriyasının 6-cı matçında "Mayami Hit" komandasına qalib gələn (106:93) "Los-Anceles Leykers" ümumi hesabı 4:2 edərək çempion olub.

"Los-Anceles Leykers" bununla tarixində 17-ci uğuruna imza atıb.

Qalib komandanın basketbolçusu Lebron Ceyms isə karyerası ərzində 4-cü dəfə final mərhələsinin ən dəyərli oyunçusu seçilib. Pley-off çərçivəsində 260 oyun keçirmiş Ceyms bu göstəricidə Darek Fişeri qabaqlayaraq NBA tarixində ilk sıraya yüksəlib.

Qeyd edək ki, "Los-Anceles Leykers" finaladək "Portlend", "Hyuston" və "Denver" komandalarını yolundan kənarlaşdırmışdı.