Nə "aslan" kükrədi, nə də "bülbül" oxudu
Bu gün Türkiyədə İstanbul derbisi keçirilib.
Sportline.az xəbər verir ki, Superliqanın 6-cı turunun ikinci günündə əzəli rəqiblər – “Qalatasaray”la “Fənərbağça” üz-üzə gəlib. “Sarı-qırmızılılar”ın meydanında olan qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Oyunu FİFA referisi Cüneyt Çakır idarə edib.
Qeyd edək ki, 6 oyundan 11 xalı olan “Fənərbağça” 2-ci, “Qalatasaray” 9 xalla 5-ci yerdədir. Lider “Alanyaspor”un 6 matçdan 14 xalı var.