"Neftçi" "Sumqayıt"la üz-üzə gələcək

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq.

Sportline.az xəbər verir ki, sonuncu matçda "Neftçi" "Sumqayıt"ın qonağı olacaq.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək. Bakı klubu 35 xalla yeddinci, "gənclik şəhəri" təmsilçisi 29 xalla səkkizinci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

IV dövrə, XXXII tur

28 aprel

20:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: İlham Əliyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb.