"Neftçi"nin yay hazırlıq planı
"Neftçi" iyunun sonunda Bakıda bir araya gəlməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, əlim-məşq toplanışının ilk mərhələsi paytaxtda olacaq.
"Ağ-qaralar" iyulun ilk günlərində Polşaya yollanacaq.
Ölkə xaricindəki hazırlıq prosesində bir neçə yoxlama oyunu nəzərdə tutulub. Rəqiblərin adları yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, "Neftçi" Premyer Liqanı 6-cı sırada başa vurub.