Neymar övladının anası ilə ayrıldı
Braziliyalı model Bruno Byankardi Neymardan ayrılıb.
Sportline.az xəbər verir ki, o, "Əl-Hilal"ın ulduz futbolçusu ilə münasibətlərə son qoyduğunu açıqlayıb.
"Bu şəxsi məsələdir. Amma, demək olar ki, hər gün bununla bağlı xəbərlər və şaiyələr yayılır. Ona görə də bildirirəm ki, artıq Neymarla münasibətdə deyiləm. Biz sadəcə olaraq Mevinin valideynləriyik", - deyə Byankardi sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, iki ay əvvəl övladı dünyaya gələn cütlük 2021-ci ildən bir yerdə idi.