Neymarın övladını oğurlamaq istəyirlər
Dünya futbolunun ulduzu Neymarın yeni doğulmuş övladı təhlükə qarşısındadır.
Sportline.az xəbər verir ki, quldur dəstəsi onun qız övladının "ovuna çıxıb".
Bu haqda Neymarın birgə yaşadığı Bruna Byankardi sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, noyabrın 7-də onun ailəsinin yaşadığı evə basqın edən oğrular 120 min dollar dəyərində zərər vurmaqla yanaşı, Neymarın yeni doğulan qızının da harada olması ilə maraqlanıblar.
Basqın zamanı Brunanın evdə olan valideynlərinə xəsarət yetirilməyib.
Polisin cinayətkar dəstənin bir üzvünü ələ keçirdiyi bildirilir.