Neymarın yaxın dostu vəfat edib

"Əl-Hilal"ın hücumçusu Neymar yaxın dostu Luana Andradanı itirib. 

Sportline.az xəbər verir ki, 29 yaşlı qadın dizindən yağ çıxarma əməliyyatı zamanı dünyasını dəyişib.

San-Paulu xəstəxanasında həyata keçirilən əməliyyat zamanı ürəyi dayanan Andradanı həyata qaytarmaq mümkün olmayıb.

Neymar baş verən faciə ilə əlaqədar Luananın ailəsinə başsağlığı verib.