Neymarın yeni klubunun adı bilindi

Braziliyalı ulduz Neymar PSJ-ni "Barselona"ya dəyişə bilər.

Sportline.az xəbər verir ki, bu haqda hər iki kluba yaxın olan şeyx Babhut Əl-Marri məlumat verib.

Bu informasiyanın həqiqət yükü az deyil.

31 yaşlı futbolçu sosial şəbəkə hesabında PSJ-nin oyunçusu olması haqda bildirişi silib.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə kataloniyalıların şərəfini qoruyub.