Niko Paz London təmsilçisinə gəlir
İngiltərənin “Çelsi” klubu argentinalı yarımmüdafiəçi Niko Pazın transferi üçün İtaliyanın “Komo” klubu ilə rəsmi danışıqlara başlayıb.
Sportline.az “Sky Sport”a istinadən xəbər verir ki, futbolçu baş məşqçi Xabi Alonso ilə söhbətdən sonra transfer variantına müsbət yanaşır. London təmsilçisinin əsas prioriteti isə Alonsoya verilən vədləri yerinə yetirməkdir.
Bununla belə, “Komo”nun rəhbərliyi Niko Pazı satmağa həvəsli deyil və oyunçunun transferi üçün yüksək məbləğ tələb edir.
Bildirilir ki, “Çelsi”nin ciddi marağını nəzərə alan İtaliya klubu futbolçunu aşağı qiymətə buraxmaq niyyətində deyil.
Hazırda Niko Pazın bazar dəyərinin təxminən 90-100 milyon funt sterlinq civarında olduğu bildirilir.
Qeyd edək ki, Niko Paz “Real Madrid” yetirməsidir. O, 2024 cü ilin yayından “Komo”da çıxış edir.
Sözügedən oyunçu ötən mövsüm 40 matçda meydanda olub,13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun hazırki müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub və onun müqaviləsində "Real Madrid"in 9 milyon avro qarşılığında geri alma bəndinində olduğu bildirilir.