Niko Uilyams "Liverpul" yolunda
"Atletik"in futbolçusu Niko Uilyams "Liverpul"un transfer siyahısında yer alır.
Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.
23 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 32 matçda 6 qol, 7 asistlə yadda qalıb.
Qeyd edək ki, N.Uilyams transfer qiyməti 80 milyon avrodur.