Nimeçanı dörd Avropa nəhəngi transfer etmək istəyir
"Borussiya Dortmund"un futbolçusu Feliks Nimeça Avropa nəhənglərinin transfer hədəfindədir.
Sportline.az xəbər verir ki, "Real Madrid", "Mançester Yunayted", "Çelsi" və "Mançester Siti" 25 yaşlı yarımmüdafiəçini transfer etmək istəyən klubların siyahısında yer alır.
F.Nimeça ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 5 qol, 3 asistlə yadda qalıb.
Qeyd edək ki, sözügedən oyunçu sərbəst qalma məbləği 120 milyon avrodur.