"Nottingem Forest"də yeni müqavilə

"Nottingem Forest" 24 yaşlı futbolçusu Neco Uilyamsla yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Uelsi futbolçu 2029-cu ilin iyun ayına qədər yeni müqaviləyə qol çəkib.

Qeyd edək ki, Neco Uilyams "Nottingem"ə 2022-cü ilin yayında "Liverpul"dan 20 milyon avro qarşılığında transfer olunmuşdu.